04-12-2023
Dekabrın 6-7-də Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Texniki Universiteti və Özbəkistanın “Transproyekt” məsləhətçi şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə ölkəmizlə yanaşı, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın nəqliyyat sahəsində fəaliyyət göstərən nazirliklərinin, şəhər nəqliyyat idarələrinin, elmi və elmi tədqiqat təşkilatlarının nümayəndələri, beynəlxalq məsləhətçi təşkilatların mütəxəssisləri, nəqliyyat sahəsində ictimai və qeyri-kommersiya təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətləri iştirak edəcəklər.
Konfransda ictimai nəqliyyatın və nəqliyyat modellərinin inkişafı, planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, yol hərəkətinin tənzimlənməsinin optimallaşdırılması kimi bir sıra mövzularda məruzələr dinləniləcək.
Qeyd edək ki, konfransda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək üçün https://ptv-traffic.com/media/news/conference-baku-2023/ linkinə daxil olmaq lazımdır.