26-12-2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 12 və 60 nömrəli şəhərdaxili, 168 nömrəli şəhərətrafı, Bakı-Göyçay, Bakı-Kürdəmir, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Oğuz, Sumqayıt-Qusar şəhərlərarası, eləcə də Laçın şəhəri-Qarıkaha kəndi və Laçın şəhəri-Zerti kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 24 yanvar saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
İştirakçılardan sənədlərini təqdim edərkən yanvar ayında bayram günlərini nəzərə almaları xahiş olunur.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Göyçay və Bakı-Kürdəmir istiqamətlərində 4 Lot üzrə fevralın 6-da, Bakı-Zaqatala və Sumqayıt-Qusar istiqamətlərində 4 Lot üzrə fevralın 9-da, Bakı-Mingəçevir, Bakı-Zaqatala və Bakı-Oğuz istiqamətlərində 3 Lot üzrə fevralın 13-də, Laçın şəhəri-Qarıkaha kəndi və Laçın şəhəri-Zerti kəndi, eləcə də paytaxtın 12, 60 və 168 nömrəli müntəzəm avtobus marşrutları üzrə 5 Lotda fevralın 16-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.