09-01-2024
Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iştirak edən sürücülərə və daşıyıcılara, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların saxlanılmasını, sürücünün şəxsiyyətinin eyniləşdirilməsini, habelə iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsini təmin edən rəqəmsal taxoqraf kartlarının verilməsi intensivləşib.
2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) beynəlxalq daşımaları yerinə yetirən sürücü və daşıyıcılara 7 371 ədəd taxoqraf kartı verib.
Bu, 2022-ci illə müqayisədə 13,1 dəfə çoxdur.