16-01-2024
Son 20 il ərzində ölkədə avtobus parkının yenilənməsi, sərnişin daşıma xidmətlərində müasir texnologiyaların istifadə, nəqliyyat xətlərinin optimallaşdırılması, eyni zamanda avtobus zolaqlarının təşkili nəticəsində avtomobil nəqliyyatı ilə sərnişin daşımaları inkişaf etmişdir.
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları son 20 il ərzində 2 dəfə artaraq 1,7 milyard sərnişin təşkil etmişdir. O cümlədən avtobuslarla sərnişin daşımaları son 20 il ərzində 2 dəfə artaraq 1,6 milyard sərnişin təşkil etmişdir.