26-01-2024
Belçikanın paytaxtı Brüsseldə Taxoqraf Forumunun 8-ci iclası keçirilib.
Forumda “Smart” taxoqrafın 2-ci versiyasının tətbiqi istiqamətində görülmüş işlər və növbəti addımlar, smart taxoqrafların tətbiqi sahəsində əldə olunmuş təcrübə, “Galileo OSNMA” peyk naviqasiya sisteminin yenilikləri, beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinin yenidən “Smart” taxoqrafın 2 ilə təchiz olunma öhdəliyi ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda Avropa Komissiyasının 561/2006 nömrəli Reqlamenti, TRACE II layihəsinin nəticələri, “Smart” taxoqraflarla bağlı qarşıda duran işlər barədə məlumat mübadiləsi həyata keçirilib.
Tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin Taxoqraflarla iş şöbəsinin müdiri Ramiq İsmayılov da iştirak edib.