29-01-2024
30 yanvar 2024-cü il tarixində saat 15:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin təqdimatı keçiriləcək.
Tədbirdə yol xəritəsinin geniş təqdimatı, əsas istiqamətləri, icra müddəti, icraçıların təqdimatı və digər təşkilati məsələlər haqqında məlumatın verilməsi nəzərdə tutulur.
Təqdimat zamanı həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi sahəsində özəl sektorun rolu, istehlakçı hüquqlarının müdafiəsi, rəqabət mühitinin inkişafı və zəruri enerji infrastrukturun yaradılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr və prioritetlər mövzusunda müzakirələrin keçirilməsi, eləcə də Yol Xəritəsi icrası zamanı vahid koordinasiya və kommunikasiya məsələləri ilə bağlı fikir mübadiləsinin aparılması planlaşdırılır.