01-02-2024
Vəzifə öhdəliklər:
- Agentliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq;
- Nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
- Avtomobil nəqliyyatı sahəsində yerli qanunvericiliyin beynəlxalq norma və standartların tələblərinə uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Agentliyin fəaliyyəti ilə bağlı müxtəlif təyinatlı və xarakterli müqavilələrin hazırlanmasını və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəyləri tərtib edərək Departamentin direktoruna təqdim etmək;
- Agentliyin tərəf olduğu müqavilələri təhlil edib, qüvvədə olan qanunvericiliyə uyğun yoxlayıb və hüquqi rəy tərtib edərək Departamentin direktoruna təqdim etmək;
- Qüvvədə olan hüquqi aktların yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması barədə təkliflər hazırlamaq və s.
Namizədə dair tələblər:
- Hüquq təhsili;
- Hüquq sahəsində ümumilikdə 4 il; Normativ hüquqi təminat sahəsində 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, ingilis, rus (arzuolunandır)
- Kompüter bilikləri: Ofis proqramları
Son müraciət tarixi: 01.03.2024
CV forması “vacancy@ayna.gov.az” ünvanına mövzu hissəsində "Baş hüquqşünas” qeyd edilməklə göndərilməlidir