25-04-2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı yaradılıb. Zolaqlar Bakı şəhərinin, əsasən, mərkəzi hissələrini əhatə edir.
İstifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə Bakı şəhərində ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.
13 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılıb.