06-06-2024
“Makronəqliyyat modelçisi” vakansiyası
Vəzifə funksiyaları:
- Baş nəqliyyat mütəxəssislərinin rəylərinə uyğun olaraq makronəqliyyat modelinin inkişafı və təkmilləşdirilməsi işlərinə töhfə vermək;
- Makronəqliyyat modelinin inkişafı və təkmilləşdirilməsi üçün məlumatların toplanması və işlənməsi üzərində çalışmaq;
- Şəhərsalma və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün irəli sürülən təklifləri makrosəviyyədə təhlil etmək və müasir nəqliyyat proqramlarından istifadə etməklə fəaliyyətinin qiymətləndirilməsi üçün hesabatlar hazırlamaq;
- Nəqliyyat sıxlığının azaldılması, ətraf mühitə təsirlərin minimuma endirilməsi və sərnişinlərə xidmətlərin yaxşılaşdırılması kimi əsas məqsədləri müəyyən etmək;
- Şəhərin ictimai nəqliyyat sistemlərinin təkmilləşdirilməsi istiqamətində aparılan işlərdə iştirak etmək və bu məqsədlə diqqətəlayiq təkliflər vermək;
- Nəqliyyat sisteminin idarə olunmasını, sabitliyini, davamlılığını və əlçatanlığını təmin edəcək planların hazırlanmasında yaxından iştirak etmək.
Tələblər:
- rus və ingils dili biliklərlərinin olması üstünlükdür;
- PTV VISUM bilikləri üstünlükdür; Microsoft Office proqramlarında işləmək bacarığı, AutoCAD, GIS
İxtisası üzrə:
- Təhsil: nəqliyyat mühəndisliyi, inşaat mühəndisliyi və şəhərsalma üzrə bakalavr (Magistr dərəcəsinə üstünlük verilir);
- Nəqliyyatın planlaşdırılması, yol əməliyyatları və nəqliyyat axını nəzəriyyəsinin əsasları haqqında biliklər;
- Nəqliyyatın planlaşdırılması və nəqliyyat təhlili sahəsində işləmək arzusu;
- 1-2 il iş təcrübəsi;
- Mükəmməl ünsiyyət, problem həll etmə və qərar vermə qabiliyyəti olmalıdır;
- Yaxşı hesabat və təqdimatlar hazırlamaq bacarığı;
- Fərqli funksiyalardan ibarət komandalarda əməkdaşlıq etmək bacarığı olmalıdır.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və bazar istirahət günləri.
Meyarlara cavab verən namizədlərdən CV-lərini vacancy@ayna.gov.az ünvanına “Makronəqliyyat modelçisi” mövzu başlığı ilə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 06/07/2024
***
“Mikronəqliyyat modelçisi” vakansiyası
Vəzifə öhdəlikləri:
- Baş nəqliyyat mütəxəssislərinin rəylərinə uyğun olaraq mikronəqliyyat modelinin inkişafı və təkmilləşdirilməsi işlərinə töhfə vermək;
- Mikronəqliyyat modelinin inkişafı və təkmilləşdirilməsi üçün məlumatların toplanması və işlənməsi üzrə iş aparmaq;
- Nəqliyyat problemi olan yollar, marşrutlar və kəsişmələr üçün həll təkliflərinin hazırlanmasında iştirak etmək;
- Təklif olunan yol və kəsişmə layihələrini mikrosimulyasiya proqramında test etmək və nəticələri təhlil etmək;
- Trafik sıxlığını azaltmaq, ekoloji təsirləri minimallaşdırmaq və sərnişin xidmətlərini yaxşılaşdırmaq kimi əsas məqsədləri müəyyən etmək;
- Siqnalizasiya optimallaşdırılması işlərində iştirak etmək;
- İcra prosesi zamanı qarşılaşılan problemləri müəyyənləşdirmək və həll etmək;
- Layihənin gedişatını müntəzəm hesabatlar hazırlamaqla təqdim etmək.
Tələblər:
- rus və ingils dili biliklərlərinin olması üstünlükdür;
- PTV Vissim bilikləri üstünlükdür; Microsoft Office proqramlarında işləmək bacarığı, AutoCAD, GIS, Adobe Premiere Pro
İxtisası üzrə:
- Nəqliyyat mühəndisliyi, inşaat mühəndisliyi və şəhər planlaması üzrə universitetlərin bakalavr bölmələrindən məzun olmaq (Magistr dərəcəsinə üstünlük verilir);
- Mikronəqliyyat planlaması üzrə bilik;
- Nəqliyyat planlaması və nəqliyyat təhlili sahəsində işləmək istəyi;
- 0-2 il professional iş təcrübəsi;
- Mükəmməl ünsiyyət, problem həll etmə və qərar vermə qabiliyyəti olmalıdır;
- Hesabat və təqdimatlar hazırlamaq bacarığı;
- Fərqli funksiyalardan ibarət komandalarda əməkdaşlıq etmək bacarığı.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və bazar istirahət günləri.
Meyarlara cavab verən namizədlərdən CV-lərini vacancy@ayna.gov.az ünvanına “Mikronəqliyyat modelçisi” mövzu başlığı ilə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 06/07/2024