Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 24 iyul 2024-cü il tarixində Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəlixan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəlixan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.