05-08-2024
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 6-9 avqust 2024-cü il tarixlərində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z.Bünyadov prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 9 və 33 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələri, eləcə də Ziya Bünyadov prospekti ilə təşkil ediləcək.