15-08-2024
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 2109 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166 (Cild I); 2024, № 3, maddə 264, № 4, maddə 388) 2.15-ci bəndində “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 147 nömrəli, 23 iyul tarixli 153 nömrəli, 24 iyul tarixli 155 və 156 nömrəli, 2 avqust tarixli 170 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü hissə üzrə:
2.1.1. 4.51-ci bənddən “Bakı Nəqliyyat Agentliyi,” sözləri çıxarılsın;
2.1.2. 4.53-1-ci bənddə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi (svetoforlar və yol nişanlarına münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla)” sözləri “svetoforlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;
2.1.3. 4.54-cü bənddə “Bakı Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya münasibətdə isə Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də sərnişin və yük daşımaları sahəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2. 5-ci hissə üzrə:
2.2.1. 5.27-1-ci bəndə “işlərə” sözündən sonra “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində” sözləri əlavə edilsin, həmin bənddə “Nəqliyyat Nazirliyi,” sözləri “Nəqliyyat Nazirliyi və” sözləri ilə əvəz olunsun və həmin bənddən “, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Bakı Nəqliyyat Agentliyi” sözləri çıxarılsın;
2.2.2. 5.30-1-ci bənddə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;
2.2.3. 5.32-1-ci bəndə birinci halda “və ya” sözlərindən sonra “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində” sözləri əlavə edilsin və həmin bənddən “, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi” sözləri çıxarılsın;
2.2.4. 5.32-2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.32-2. həmin Məcəllənin 350.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə svetoforlara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;”;
2.2.5. 5.34-1-ci və 5.34-2-ci bəndlərdə “Bakı Nəqliyyat Agentliyi” sözləri “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 83 nömrəli, 16 iyul tarixli 147 nömrəli, 23 iyul tarixli 153 nömrəli və 24 iyul tarixli 155 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 17-ci hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.0.14-cü yarımbənddən “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla” sözləri çıxarılsın;
4.2. 3.0.16-cı yarımbənddə “qaydası, proqramı və müddəti ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək” sözləri “qaydasını, proqramını və müddətini müəyyən etmək” sözləri ilə əvəz edilsin;
4.3. aşağıdakı məzmunda 3.0.16-1–3.0.16-4-cü yarımbəndlər əlavə edilsin:
“3.0.16-1. tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;
3.0.16-2. Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarəti təmin etmək;
3.0.16-3. yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy verilməsini təmin etmək;
3.0.16-4. avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy verilməsini təmin etmək;”.
5. “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 653 (Cild I) 1–3-cü hissələri ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 150 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 13-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 5-ci abzasından “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində” sözləri çıxarılsın;
6.2. 19-cu hissə ləğv edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 iyun tarixli 91 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nın 29.31-ci bəndi ləğv edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli və 14 iyun tarixli 109 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin Siyahısı”nın 10-cu hissəsi ləğv edilsin.
9. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli
209-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 yanvar tarixli 1247 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 17 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
10. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1107 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) 3.1-ci bəndindən “(Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla)” sözləri çıxarılsın.
11. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
11.1. 1.1-ci bənddən “(Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla)” sözləri çıxarılsın;
11.2. 2.1.3-cü yarımbəndə “sifarişinin” sözündən sonra “(Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımalar üzrə dövlət sifarişi istisna olmaqla)” sözləri əlavə edilsin;
11.3. aşağıdakı məzmunda 2.1.5-1-ci yarımbənd əlavə edilsin:
“2.1.5-1. yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;”;
11.4. 3.1.14-cü yarımbəndə “edilməsi” sözündən sonra “, habelə səmərəliliyinin və keyfiyyətinin artırılması” sözləri əlavə edilsin;
11.5. 3.1.22-ci yarımbəndə “obyektlərinin” sözündən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilsin;
11.6. aşağıdakı məzmunda 3.1.25-1–3.1.25-11-ci yarımbəndlər əlavə edilsin:
“3.1.25-1. Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirmək, onları quraşdırmaq və idarə olunmasını təmin etmək;
3.1.25-2. taksi minik avtomobilləri üçün nişanlanma xətləri əsasında duracaq yerlərini müəyyənləşdirmək və idarə olunmasını təmin etmək;
3.1.25-3. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etmək;
3.1.25-4. Bakı şəhərinin inzibati ərazisində nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqlarının yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) və mühafizə olunan duracaqlarını idarə etmək;
3.1.25-5. piyada-yol infrastrukturunun təşkilində iştirak etmək;
3.1.25-6. yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin yerlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq müəyyənləşdirmək və ya dəyişdirmək, onların quraşdırılmasına (çəkilməsinə) və lazımi qaydada saxlanılmasına nəzarət etmək;
3.1.25-7. avtomobil yollarının normativ hüquqi aktlarla və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirmək və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görmək;
3.1.25-8. yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy vermək;
3.1.25-9. avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy vermək;
3.1.25-10. avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək;
3.1.25-11. avtomobil yollarında tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə, habelə həmin obyektlərdən yükdaşımaların iş rejiminə dair Nəqliyyatı Əlaqələndirmə Şurasına təkliflər hazırlamaq;”;
11.7. 3.1.28-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.28. müvafiq sahədə ətraf mühitin mühafizəsinin təmin edilməsinə dair tələblərə riayət olunmasına fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzarət etmək, həmçinin ətraf mühitin mühafizəsinə dair aidiyyəti dövlət orqanlarına təkliflər vermək;”;
11.8. aşağıdakı məzmunda 3.2.8-1–3.2.8-3-cü yarımbəndlər əlavə edilsin:
“3.2.8-1. reysdənkənar hallarda saxlanılması üçün müvafiq duracaqları olmayan ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımaları həyata keçirən nəqliyyat vasitələrinin Agentliyin avtomobil qarajlarında və istehsalat bazalarında müqavilə əsasında ödənişli qaydada saxlanılması üçün şərait yaratmaq;
3.2.8-2. ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımanı təşkil edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, eləcə də onların sürücülərinin reysqabağı tibbi müayinəsi üçün müvafiq şəraiti olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara belə yoxlama və müayinələrin Agentlik tərəfindən müqavilə əsasında ödənişli qaydada həyata keçirilməsi üçün şərait yaratmaq;
3.2.8-3. sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində ödəniş alətlərinin quraşdırılmasını təmin etmək;”.
12. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli, 24 iyul tarixli 155 və 156 nömrəli, 2 avqust tarixli 170 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə əlavə – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın 7-ci hissəsindən “Bakı Nəqliyyat Agentliyi qismində Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin digər” sözləri çıxarılsın.
13. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1276 (Cild I) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın “4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 4.4.35-ci yarımbəndinin “İcraçı orqanlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin və həmin sütundan “Bakı Nəqliyyat Agentliyi,” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 avqust 2024-cü il