Bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.
Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir.