25-09-2024
Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli velosiped zolağı təşkil edilib. Küçənin sağ tərəfində mövcud parklanma yerləri saxlanılıb. Eyni zamanda velosiped zolaqları təşkil edilən hissələrdə ciblər olan yerlərdə də parklanma yaradılıb. Sürücülər müəyyən edilmiş hissələrdən mikromobillik istifadəçilərinə mane olmamaq şərtilə parklanma yerlərinə daxil ola bilərlər.
Qeyd edək ki, belə həllər beynəlxalq təcrübədə də geniş yayılıb. Belə ki, Amerika Şəhər Nəqliyyat Peşəkarlarının Milli Assosiasiyası tərəfindən də velosiped zolaqlarının təşkili sahəsində həll yollu kimi tövsiyə edilir.