31-10-2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü, Bakı-Kürdəmir, Bakı-Siyəzən, Sumqayıt-Astara, Mingəçevir-Oğuz şəhərlərarası avtobus marşrutları üzrə müsabinin qalibləri müəyyən edilib.
“Bakı-Sınıq Körpü” (Qazax Sərhəd-Keçid Məntəqəsi) marşrutu üzrə iki hüquqi şəxs – “BakuBus” MMC və "Uğurlu Yol" MMC;
“Bakı-Kürdəmir” marşrutu üzrə fiziki şəxs Yolçuyev Babək İsmayıl oğlu;
“Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Məmmədov Əkbər Məmməd oğlu;
“Sumqayıt-Astara” marşrutu üzrə fiziki şəxs Həsənov Ramil Musa oğlu;
“Mingəçevir-Oğuz” marşrutu üzrə hüquqi şəxs "Ş.Kamaloğlu" MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.