20-12-2024
Baş mütəxəssis (Avtomobil nəqliyyatı infrastrukturu və ekspertizası üzrə)
Vəzifə öhdəlikləri:
Aşağıda qeyd edilmiş avtomobil nəqliyyatının infrastruktur obyektləri üzrə layihələrin hazırlanması və daxil olan layihələrə rəyin verilməsi:
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları;
Avtovağzallar (avtostansiyalar);
Dayanacaq məntəqələri;
Avtomobil nəqliyyatı parkları;
Avtomobil duracaqları, terminallar və digər qurğular;
Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları;
Yanacaqdoldurma (elektrikdoldurma) məntəqələri;
Nəqliyyat mübadilə mərkəzləri (HUB);
TIR parkları və s.;
Yol hərəkətinin təşkili üzrə layihələrə rəyin bildirilməsi;
Qeyd edilən layihələr üzrə kapital xərclərinin hesablanması (CAPEX).
Namizədə dair tələblər:
Nəqliyyat sahəsi üzrə ali təhsil (yol hərəkətinin təşkili üzrə);
Sahə üzrə 3 il iş təcrübəsi;
Proqram bilikləri: AutoCAD, MS Office, VİSUM, VİSSİM, ArcGİS (arzuolunandır);
Dil bilikləri: rus dili, inglis dili (arzuolunandır);
Spesefik sahə üzrə biliklər: avtomobil yollarının, yolötürücülərinin tikintisi, yol hərəkət qaydaları haqqında biliklər;
Şəxsi keyfiyyətlər: komanda ilə işləmə bacarığı, təhliletmə bacarığı;
Əlavə qeyd: sürücülük vəsiqəsi.
Son müraciət tarixi: 23.01.2025
Müraciət üçün link: https://jobs.glorri.com/vacancies/ayna/ayna-bas-mutexessis-avtomobil-neqliyyati-infrastrukturu-ve-ekspertizasi-uzre-9935
***
Mütəxəssis (Avtomobil nəqliyyatı infrastrukturu və ekspertizası üzrə)
Vəzifə öhdəlikləri:
Sərnişin axını və yol hərəkətinin təhlükəsizliyi nəzərə alınmaqla avtobus dayanacaq məntəqəsi və taksi duracaq məntəqələrinin, dayanacaq pavilyonlarının yerlərinin müəyyən edilməsi;
Sözügedən məntəqələrin layihəsi hazırlanan zaman digər yol nişanları və nişanlama xətlərinə uyğunluğa baxılması, layihələndirilən məntəqədən sonra təkrar əvvəlki yol nişanlarının və nişanlama xətlərinin layihələndirilməsi;
Fəaliyyət istiqaməti üzrə daxil olan vətəndaş və təşkilat müraciətlərinin araşdırılması;
Daxil olan müraciətlərin vaxtında və peşəkar yanaşma ilə cavablandırılması;
Hazırlanan layihələrin müvafiq rəylər alınmaqla icraya yönləndirilməsi, icrasına nəzarət;
Fəaliyyət istiqaməti üzrə satınalma, anbar qalığı prosesinin daimi nəzarətdə saxlanılması;
Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Təhsil: yol hərəkətinin təşkili üzrə ali təhsil;
İş təcrübəsi: 1 il;
Proqram bilikləri: AutoCAD, MS Office;
Dil bilikləri: rus dili, inglis dili (arzuolunandır);
Əlavə tələb: sürücülük vəsiqəsi mütləqdir;
Şəxsi keyfiyyətlər: kommunikasiya bacarığı, təqdimat bacarığı.
Son müraciət tarixi:15.01.2025
Müraciət üçün link: https://jobs.glorri.com/vacancies/ayna/ayna-mutexessis-avtomobil-neqliyyati-infrastrukturu-ve-ekspertizasi-uzre-4439
***
Avtomobil nəqliyyatının infrastruktur obyektləri üzrə layihəçi
Vəzifə öhdəlikləri:
Avtomobil nəqliyyatının infrastruktur obyektləri (avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil nəqliyyatı parkları, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma (elektrikdoldurma) məntəqələri, nəqliyyat qovşaqları, TIR parkları və s.) üzrə modellərin, 3D təsvirlərin, memarlıq, planlaşdırma hissələrin, piyada zonaların layihələrinin hazırlanması;
Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin mövcud planlarının real ölçülərlə qurulması;
İcra edilən və planlaşdırılan layihələr üzrə təqdimatların hazırlanması;
Prototip layihələrin hazırlanması;
Fəaliyyət istiqamətləri üzrə daxil olan sənədlərin cavablandırılması.
Namizədə dai tələblər:
Ali təhsil (memarlıq, dizayn üzrə);
Sahə üzrə 3 il iş təcrübəsi;
Proqram bilikləri: AvtoCAD, MS Office, 3D Max, Photoshop;
Dil bilikləri: rus dili, inglis dili (arzuolunandır);
Şəxsi keyfiyyətlər: komanda ilə işləmə bacarığı, təhliletmə və təqdimat bacarığı;
Əlavə qeyd: sürücülük vəsiqəsi.
Son müraciət tarixi: 28.01.2025
Müraciət üçün link: https://jobs.glorri.com/vacancies/ayna/ayna-avtomobil-neqliyyatinin-infrastruktur-obyektleri-uzre-layiheci-6083