08-01-2025
Şəhər mobilliyi prinsiplərinə uyğun olaraq Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində paytaxtın Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb. Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.