16-01-2025
Sosial media müraciətləri üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdəki şərhləri müntəzəm olaraq izləmək və müzakirələrin inkişafını diqqətlə izləmək.
- İstifadəçilərin suallarına, təkliflərinə və şikayətlərinə vaxtında, dəqiq və peşəkar şəkildə cavab vermək.
- Təşkilatın nüfuzunu qorumaq üçün müsbət və dəstəkləyici cavablar vermək, istifadəçilərlə münasibətləri inkişaf etdirmək.
- İstifadəçilərin şikayətlərinə doğru yanaşaraq, problemləri həll etmək üçün müvafiq departamentlərlə yönləndirmək.
- Sosial media üçün müvafiq və cəlbedici məzmun hazırlamaq, şərh etməni təşviq edən kampaniyalar həyata keçirmək.
- Sosial şəbəkələrdəki şərh və müzakirə statistikasını təhlil etmək, gələcək strategiyalar üçün məlumatları istifadə etmək.
- Digər departamentlər ilə sıx əməkdaşlıq etmək.
- Sosial media trendlərini izləmək və bunlara uyğun strategiyalar inkişaf etdirmək.
- Sosial media platformaları və alətləri haqqında bilikləri davamlı olaraq artırmaq və yeniliklərə uyğunlaşmaq.
- İstifadəçilərdən alınan rəy və təklifləri təhlil edərək, şirkətin məhsul və xidmətlərinin inkişafı üçün istifadə etmək.
Namizədə dair tələblər:
- İş təcrübəsi: Sahə üzrə ən azı 1 il iş təcrübəsi.
- Analitik bacarıqlar: Məlumatları təhlil edərək düzgün və əsaslı qərarlar vermək bacarığı.
- Sosial media bilikləri: Fərqli sosial media platformalarının idarə edilməsi və optimallaşdırılması üzrə geniş biliklər.
- Stresə davamlılıq: Təzyiq altında effektiv işləmə və problemləri sürətlə həll etmə bacarığı.
- Sosial media analitik alətləri: Sosial media fəaliyyətlərinin təhlili və izlənməsi üçün analitik alətlərdən istifadə bacarığı.
- Kompüter bilikləri: Microsoft Office proqramları (Word, Excel, PowerPoint və s.) üzrə yaxşı işləmə bacarığı.
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dili biliyi üstünlük təşkil edir.
Son müraciət tarixi: 27.02.2025
Müraciət üçün link: https://jobs.glorri.com/vacancies/ayna/ayna-sosial-media-muracietleri-uzre-mutexessis-3919