27-08-2019
“Sağlamlıq – 2018” spartakiadasının rəsmi açılışı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlamlıq – 2018” Respublika Spartakiadasına start verilib.
Artıq 23-cü dəfə keçirilən spartakiadada səkkiz idman növü üzrə (güllə atıcılığı, stolüstü tennis, kross qaçışı, voleybol, kəndirdartma, nərd, şahmat, dama) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarının komandaları yarışacaqlar.
Açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, rabitə müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.
Açılış mərasimi bədii hissə ilə davam edib.