27-08-2019
2018-ci il üzrə ixrac olunan yüklərin statistikası
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2018-ci ilin on bir ayında avtomobil nəqliyyatı ilə 995 min 957 ton yük ixrac olunub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə 2 milyon 91 min 71 ton təşkil edib. Məlumat üçün qeyd edək ki, ölkə iqtisadiyyatında yük daşımaları üzrə ən böyük pay avtomobil nəqliyyatına məxsusdur. 2018-ci ilin yanvar-oktyabr ayları üzrə statistik göstəricilərə əsasən ölkə üzrə boru nəqliyyatı da daxil olmaqla nəqliyyat növləri ilə daşınan yüklərin təxminən 65%-i avtomobil nəqliyyatının payına düşüb.