27-08-2019
“Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans
Azərbaycan Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov, Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev və Abşeron logistika mərkəzinin direktoru Ziya Ağayev çıxış edərək Prezident İlham Əliyevin nəqliyyat sektoruna olan diqqət və qayğısının nəticəsi olaraq bu sahənin hazırki inkişaf səviyyəsindən, logistika sahəsində xarici ölkələrlə olan əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən danışıblar.
Plenar iclaslar Akif Mustafayevin, Xudayar Həsənlinin, A.Q.Nekrasovun, K.İ. Atayevin və A.S. Siniçınanın məruzələri ilə davam edib.
Qeyd edək ki, konfrans oktyabrın 2-dən 5-dək 5 seksiya üzrə işini davam etdirəcək.