27-08-2019
Talassemiyalı xəstələrə yardım məqsədi ilə qanvermə aksiyası keçirilib.
Iyul ayının 5-də NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) talassemiyalı xəstələrə yardım məqsədi ilə qanvermə aksiyası keçirilib. Aksiyada DANX, “Bakı Taksi Xidməti” MMC, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları iştirak edib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının hər il qanvermə aksiyalarında könüllü iştirakı talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan bankının yaradılmasına öz töhfəsini verir.