27-08-2019
1iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”dür
1iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”dür və elə bu bayram günündə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları "Ümid yeri" uşaq evini ziyarət edərək orada valideyn qayğısından məhrum olmuş uşaqlarla görüşüblər. Görüşün əsas məqsədi burada olan uşaqları sevindirmək və onlara mənəvi dəstək olmaq olub. Xidmətin əməkdaşları uşaqlarla daha yaxından tanış olub və öz hədiyyələri ilə onların əhval ruhiyyələrini qaldırmağa nail olublar.
Sonda "Ümid yeri" uşaq evinin rəhbəri bu gözəl gün üçün uşaqların adından öz təşəkkürünü bildirib.