17 və 24 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
18 Fevral, 2025
Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan
təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının
hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
17 nömrəli marşrut:
“Nəriman Nərimanov” metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi – Əhməd Rəcəbli küçəsi – Təbriz
küçəsi (“Nəriman Nərimanov” metrostansiyası) – Əhməd Rəcəbli küçəsi (son
dayanacaq);
Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) –
Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) – Əhməd
Rəcəbli küçəsi – Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət
edir.
24 nömrəli marşrut:
“Nəriman Nərimanov” metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi –
Uluqbəy küçəsi – Ağa Nemətulla küçəsi – Təbriz küçəsi (son dayanacaq);
Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) – Əhməd Rəcəbli
küçəsi – Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.
Digər xəbərlər
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22 Sentyabr, 2026
Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!