Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
01 Oktyabr, 2026
Bakı şəhərində mikromobillik infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin
davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət
iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Görülən işlər çərçivəsində Bülbül prospektinin daha
bir hissəsində mikromobillik zolağı təşkil edilib. Belə ki, Mirzəağa Əliyev küçəsi
ilə Neftçilər prospekti aralığında olan zolaq uzadılaraq Salatın Əsgərova küçəsinə
kimi davam etdirilib.
Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın
günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,5
km-ə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi
genişləndiriləcək.
Mikromobillik infrastrukturunun genişləndirilməsi
istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Artıq Bakı ərazisində
mikromobillik vasitələri ilə edilən səfərlərin sayı yarım milyonu ötüb. Belə
ki, 2026-cı ilin sentyabr ayında velosiped və skuterlər 548 000 dəfə sifariş
edilib. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 264 050 nəfər, qət edilən
məsafə isə 2 648 000 km təşkil edib. Mikromobillik vasitələrinin sifarişində,
istifadəsində və qət edilən məsafə üzrə bu, rekord göstəricilərdir.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək