Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxış təmin edilib
19 Mart, 2026
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı” çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində
layihə icra olunub.
Ərazidəki arakəsmə ləğv edilib və Əbdülvahab
Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində
birbaşa çıxış təmin edilib. Bununla da nəqliyyat vasitələrinin Əbdülvahab
Salamzadə küçəsindən sağa döndükdən sonra Tbilisi prospektində geriyədönmə etməsi
nəticəsində yaranan yüklülük aradan qaldırılıb.
Eyni zamanda, bu kəsişmə işıqforla nizamlandığından
piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları yaradılıb.
Qeyd edək ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş
Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə
birgə icra edilib.
Xatırladaq ki, layihə icra edilmədən əvvəl Qələbə
dairəsindən Əbdülvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospekti və 20
Yanvar dairəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri Tbilisi
prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edirdi. Əbdülvahab
Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək
geriyədönmə edən nəqliyyat vasitələri Tbilisi prospekti ilə gələn nəqliyyat
vasitələrinin sürətini əhəmiyyətli dərəcədə azaldırdı və həmin hissədə ciddi
sıxlığa səbəb olurdu. Yeni layihənin icrasından sonra Əbdülvahab Salamzadə küçəsi
ilə hərəkət edən avtomobillərin geriyədönmə manevrlərinə ehtiyac aradan qaldırılacaq
və hərəkətin axıcılığı təmin ediləcək.
Tbilisi prospekti ilə hərəkət edib geriyə dönmə həyata
keçirmək istəyənlər üçün həmin geriyədönmə yeri olduğu kimi saxlanılır.
Digər xəbərlər
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır
26 Avqust, 2026
Daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub