“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir
19 Sentyabr, 2026
Bakıda
keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar
paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyətə uyğun olaraq müntəzəm
və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 13 marşrutun hərəkət sxemi dəyişdirilir:
-
1, 2,
4, 10, 20, 32, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Dilarə
Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti, daha sonra öz hərəkət
sxemi üzrə fəaliyyət göstərəcək;
-
125
nömrəli marşrut Neftçilər
prospekti, Rəşid Behbudov və Dilarə Əliyeva küçələri ilə hərəkət edəcək;
-
M9 nömrəli ekspres marşrutun “Həzi Aslanov” m/st. istiqamətində
hərəkəti Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər prospekti,
daha sonra öz sxemi üzrə təmin ediləcək.
21-26 sentyabr tarixlərində 26 marşrutun hərəkət sxemi dəyişdirilir:
- 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli marşrutlar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək;
-
20,
88A və 120E nömrəli
marşrutların mərkəz istiqamətində hərəkəti Afiyəddin Cəlilov, Yusif Səfərov və 28
May küçələri ilə təşkil ediləcək;
-
M9 nömrəli marşrutun “Elmlər Akademiyası” m/st. istiqamətində
hərəkəti Yusif Səfərov, 28 May və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək.
Əks istiqamətdə isə avtobuslar Dilarə Əliyeva və Kövkəb Səfərəliyeva küçələri, Neftçilər
prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək;
-
5 nömrəli marşrut iki istiqamət üzrə xidmət göstərəcək.
Birinci istiqamət “Nəriman Nərimanov” m/st. – Süleyman Rəhimov küçəsini, ikinci
istiqamət Salyan şosesi – Bibiheybət məscidi – Bakı Funikulyorunu (Bəhram Gur
heykəli) əhatə edəcək;
-
6 nömrəli
marşrut iki istiqamətdə
fəaliyyət göstərəcək. Birinci istiqamət “Azadlıq prospekti" m/st. – Axundov
bağını, ikinci istiqamət 20-ci Sahə – Bəhram Gur heykəlini əhatə edəcək;
-
61
nömrəli marşrutun Mərkəzi
Bank istiqamətində hərəkəti Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov
küçələri (son dayanacaq məntəqəsi) ilə təşkil ediləcək;
-
65
nömrəli marşrutun “İçərişəhər”
m/st. istiqamətində hərəkəti Murtuza Muxtarov, Əhməd Cavad küçələri və Azərbaycan
prospekti (son dayanacaq məntəqəsi) ilə təmin ediləcək;
-
88
nömrəli marşrutun “28
May” m/st. istiqamətində hərəkəti Azadlıq prospekti və Füzuli küçəsi (son dayanacaq məntəqəsi) ilə təşkil
ediləcək;
-
10,
18, 31, 37, 53, 77 və
205 nömrəli marşrutların “İçərişəhər” m/st. istiqamətində hərəkəti Şeyx
Şamil, Lermontov və Bünyad Sərdarov küçələri (son dayanacaq məntəqəsi) ilə təmin
ediləcək;
-
125
nömrəli marşrutun “28
May” m/st. istiqamətində hərəkəti Lökbatan dairəsi – İpək yolu (Dairəvi yol) –
Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq
küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti –
Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi (son dayanacaq məntəqəsi) üzrə təşkil
ediləcək;
-
149
və 149E nömrəli
marşrutlar Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət
göstərəcək;
-
195E
nömrəli marşrut Ələt qəsəbəsindən
“Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.
Qeyd
edək ki, 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti
olaraq dayandırılacaq.
Digər xəbərlər
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!
18 Sentyabr, 2026
Avtobuslar fasiləsiz xidmət göstərir
18 Sentyabr, 2026
Daha iki küçədə avtobus zolağı təşkil edilir