Paytaxtın daha 2 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır 10-01-2025
10 Yanvar, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 145 və 147 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqə üçün sənədlər 8 fevral 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi – “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi – “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə 2 Lotda martın 4-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
13 Avqust, 2026
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
12 Avqust, 2026
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
11 Avqust, 2026
Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
10 Avqust, 2026
9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
10 Avqust, 2026
Bakıda mikromobillik vasitələri ilə 18 milyon km-ə yaxın məsafə qət edilib