Şikayətlər üzrə qaynar xətt
27 Avqust, 2019
Şəhərlərarası istiqamətdə sərnişin daşımalarının avtovağzallardan kənar həyata keçirilməsi qeyri-qanunidir. Dövlət nəzarəti ilə təmin olunan, avtonəqliyyat vasitəsi hər gün texniki baxışdan və sürücüsü tibbi müayinədən keçən müntəzəm marşrut xətlərindən fərqli olaraq qeyri-qanuni daşımalarda qəza ehtimali yüksək olur. Sərnişinlərə xidmət göstərən, müntəzəm marşrut xətləri üzrə müəyyən edilən avtonəqliyyat vasitələri avtovağzallardan və avtostansiyalardan hərəkət edir. Sərnişinlərimizə müraciət edərək bildiririk ki, həyatları üçün təhlükəli olan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmayan, sürücülərini reysqabağı tibbi müayinədən keçirməyən qanunsuz daşıyıcıların "xidmətləri"ndən istifadə etməsinlər! Belə hallarla rastlaşdıqları zaman, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 012 566 52 58 şəhər nömrəsi ilə, səhifəmizin admin və redaktorları ilə və ya həmin daşıyıcılarla bağlı tədbirlərin görülməsinə dair səlahiyyətli qurumların qaynar xətləri ilə əlaqə saxlasınlar! Biz də öz növbəmizdə sizdən daxil olan şikayətləri aidiyyatı üzrə yönəldəcəyik və bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməsinə dəstək olacağıq
Digər xəbərlər
13 Avqust, 2026
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
12 Avqust, 2026
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
11 Avqust, 2026
Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
10 Avqust, 2026
9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
10 Avqust, 2026
Bakıda mikromobillik vasitələri ilə 18 milyon km-ə yaxın məsafə qət edilib