165 nömrəli marşrutun avtobusları yenilənir
15 Yanvar, 2025
Paytaxtın Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi və “Qarant” yaşayış kompleksini “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları və A.M.Şərifzadə küçəsi ilə əlaqələndirən 165 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Yanvarın 16-dan sərnişinlərin xidmətinə veriləcək 20 ədəd yeni "King Long" markalı ortatutumlu avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
Digər xəbərlər
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
12 Oktyabr, 2026
Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
09 Oktyabr, 2026
20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib