184 nömrəli marşrut üzrə daşımalar müasir və komfortlu avtobuslarla həyata keçiriləcək
28 Fevral, 2025
Vətəndaşların
rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi
məqsədi ilə avtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
(AYNA) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Bu
sahədə görülən işlərin davamı olaraq, 184 nömrəli avtobus marşrutu üzrə müsabiqə
keçirilib və hüquqi şəxs “General Auto Company” qalib gəlib.
1
mart tarixindən 184 nömrəli müntəzəm marşrut avtobusları Yeni Suraxanı qəsəbəsinin
Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların
Yeni Suraxanı qəsəbəsindən “Koroğlu” və “Ulduz” metrostansiyaları istiqamətində
gedişlərini asanlaşdırmaqdır.
Sərnişinlərin
daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Marşrut üzrə gediş
haqqı 0.50 AZN təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Qeyd
edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq,
AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmət keyfiyyətinin və əlçatanlığın artırılması, təhlükəsizliyin
və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22 Sentyabr, 2026
Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!