91, 145 və 147 nömrəli avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
07 Mart, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Binəqədi rayonunun Nicat
Mustafayev küçəsini Bakı Beynəlxalq
Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli şəhərdaxili, Mehdiabad qəsəbəsini
“Ulduz” metrostansiyası ilə birləşdirən 145 nömrəli, eləcə də Məmmədli qəsəbəsini
“Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı
avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
91 nömrəli şəhərdaxili və 145 nömrəli şəhərətrafı
marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli şəhərətrafı marşrut
üzrə “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin
tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim
edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi
və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Digər xəbərlər
10 Avqust, 2026
Bakıda mikromobillik vasitələri ilə 18 milyon km-ə yaxın məsafə qət edilib
07 Avqust, 2026
Şəhərlərarası, şəhərətrafı və şəhərdaxili marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
07 Avqust, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb
06 Avqust, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
05 Avqust, 2026
24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib