AYNA sərnişinlərə müraciət edir!
17 Sentyabr, 2026
Sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər
davam etdirilir. Metro xətlərinin ayrılması layihəsinin başlanması nəticəsində yaranan böyük sərnişin axınına baxmayaraq avtobuslar fasiləsiz xidmət göstərir.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat
mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur.
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA
tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 000-dən
çox sərnişin daşınıb. Təkcə “28 May” Nəqliyyat
Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib.
Sərnişinlərdən avtobusu gözləyərkən avtomobil
yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa
maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir.
Eyni zamanda avtobuslara minərkən növbəyə riayət
etdiklə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır.
Videomaterialda 07:30-19:30 saat aralığında sərnişin
axını nümayiş olunub.
https://www.youtube.com/watch?v=O6AAlZQNmH4
- “28 May” NMM
https://www.youtube.com/watch?v=wTI_2YpIAaE
- “Elmlər Akademiyası” m/st
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir