“Azərbaycan-Latviya Qarışıq Komissiyası”-nın növbəti iclası keçirilib
27 Avqust, 2019
“Azərbaycan-Latviya Qarışıq Komissiyası”-nın növbəti iclası keçirilib.
Bakıda Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Latviya Qarışıq Komissiyası”-nın növbəti iclası keçirilib.
Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Latviya nümayəndə heyətinə Latviya Respublikasının Rabitə Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru Talivaldis Veçtirans rəhbərlik edib.
Talivaldis Veçtirans Latviya Respublikasında son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Latviya ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.
Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Latviya avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin 20% artırılması barədə tərəflər razılığa gəlib.
Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzrədə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-Latviya Qarışıq Komissiyası”-nın növbəti iclası öz işinə yekun vurub.
Digər xəbərlər
01 May, 2026
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
01 May, 2026
185 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir
30 Aprel, 2026
142 nömrəli marşrutun avtobusları yenilənir
29 Aprel, 2026
Artıq xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür
29 Aprel, 2026
Naxçıvanda 150-ə yaxın sürücü üçün təlimlər təşkil edilib