Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilib
05 Sentyabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Görülən işlər çərçivəsində Azadlıq prospektində 3 km-ə yaxın hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120700-ə yaxın sərnişin daşınır.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.
Digər xəbərlər
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22 Sentyabr, 2026
Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!