“Biletim.az” portalından Naxçıvandan Bakıya da onlayn bilet almaq mümkün oldu
06 Mart, 2025
AYNA tərəfindən xidmətlərin elektronlaşdırılması istiqamətində
aparılan işlər çərçivəsində “biletim.az” portalına Bakı-Naxçıvan-Bakı istiqaməti
üzrə Naxçıvan-Bakı reysləri də əlavə edilib.
Bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.
Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir.
“Biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.
Digər xəbərlər
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
12 Oktyabr, 2026
Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
09 Oktyabr, 2026
20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib