Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
15 Sentyabr, 2026
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli
mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin
edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Daşkəsən, Sumqayıt-Cəbrayıl, Gəncə-Balakən, Oğuz-Gəncə
şəhərlərarası, eləcə də Ağcabədi şəhərində 1 və 2 nömrəli şəhərətrafı avtobus
marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Bakı-Daşkəsən
marşrutu üzrə fiziki şəxs İsmayılov İsmayıl Qabil oğlu;
Sumqayıt-Cəbrayıl
marşrutu üzrə fiziki şəxs Quliyev Şirin Həsən oğlu;
Gəncə-Balakən
marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC;
Oğuz-Gəncə
marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC;
Ağcabədi
şəhərində 1nömrəli (Hacıbədəlli kəndi – Göyçə küçəsi (Mərkəzi Xəstəxana)) və 2
nömrəli (Xocavənd kəndi (Sadıq Hüseynov küçəsi) – Xan Şuşinski küçəsi)
marşrutlar üzrə hüquqi şəxs "Baku Trans-2022" MMC qalib elan
olunublar.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Marşrut
xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin
keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim
edilməsində şəffaflığın təmin olunmasıdır.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir