İlk müntəzəm avtobus reysi ilə sərnişinlər Xankəndiyə çatıb
14 Sentyabr, 2024
Bərdədən Xankəndiyə ilk müntəzəm avtobus reysi bu gündən fəaliyyətə başlayıb. Artıq ilk sərnişinlər Xankəndiyə çatıb.
Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya edilib. Biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Digər xəbərlər
02 Sentyabr, 2026
“Brutto müqavilə”yə keçidlə ictimai nəqliyyat sahəsində yeni dövr başlayır
31 Avqust, 2026
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
29 Avqust, 2026
Təmir işləri ilə əlaqədar 21 marşrutun hərəkət sxemi dəyişdirilib
27 Avqust, 2026
“Qarabağ”–“Tvente” oyunu ilə əlaqədar müvəqqəti dəyişiklik
27 Avqust, 2026
Xaçmaz rayonunda yeni dayanacaq pavilyonları quraşdırılır