Naxçıvan daşıyıcılarının beynəlxalq daşımalara qoşulması üçün tədbirlər görülür
17 Fevral, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Naxçıvan Muxtar Respublikasında yükdaşıma fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sürücülərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlim təşkil edib. Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Taxoqrafdan istifadə, ona xidmət və rəqəmsal taxoqraf kartından istifadə üzrə” proqram əsasında həyata keçirilən təlimə beynəlxalq yük daşımalarında iştirak edən 56 sürücü cəlb edilib.
Tədris prosesi nəzəri və praktiki hissələri əhatə edib. Proqram çərçivəsində sürücülərə taxoqrafların tətbiqi və istifadəsi ilə bağlı ümumi tələblər, taxoqrafların təyinatı, növləri və texniki xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi qaydaları, sürücü kartı və ondan istifadə qaydaları barədə məlumat verilib.
Təlimləri uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edilib. Sertifikat sahibləri müraciət edərək beynəlxalq səviyyədə tanınan taxoqraf kartlarını əldə edə biləcəklər.
Digər xəbərlər
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
12 Oktyabr, 2026
Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
09 Oktyabr, 2026
20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
08 Oktyabr, 2026
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
08 Oktyabr, 2026
133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib