Ölkədaxili yük daşımalarında elektron əmtəə-nəqliyyat qaiməsindən istifadənin genişləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib
04 Mart, 2025
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi ilə birgə yük daşımalarında iştirak edən sürücülər üçün Elektron Əmtəə-Nəqliyyat
Qaiməsinin tətbiqinin genişləndirilməsi üzrə maarifləndirici tədbir keçiriblər.
Bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun
40.1-ci maddəsinə və Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli
Qərarı ilə təsdiq edilən “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi,
uçotu və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən, elektron əmtəə-nəqliyyat
qaiməsi “AYNA” informasiya sistemində yaradılan “Elektron əmtəə-nəqliyyat qaiməsi”
altsistemində tərtib olunmalıdır.
Sürücülərə məlumat verilib ki, daşıyıcı tərəfindən
elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklər
daşınma üçün qəbul edilə bilməz. Elektron əmtəə-nəqliyyat qaiməsi yükgöndərənlə
daşıyıcı arasında müqaviləni, daşıyıcı tərəfindən yükün daşınmaya qəbul
olunmasını, yükalan tərəfindən yükün qəbul edilməsini təsdiq edir.
Həmçinin əmtəə-nəqliyyat qaiməsində yükgöndərən, daşıyıcı, sürücü və yükalan
haqqında məlumatlar, yüklə bağlı təsdiqedici sənədlər, yükləmənin yeri və
tarixi, avtonəqliyyat vasitəsinin markası və digər zəruri məlumatlar qeyd olunmalıdır.
Elektron əmtəə-nəqliyyat qaiməsi https://e-xidmet.ayna.gov.az/ portalına
daxil olaraq rəsmiləşdirilir. Sürücülərə yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi
ilə rəsmiləşdirilmədən daşınmasına görə İnzibati Xətalar Məcəlləsinin 323.2-ci
maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə nəzərdə tutulduğu barədə xəbərdarlıq
edilib.
Onlara hər hansı sual yaranacağı təqdirdə, 141 Çağrı
Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunub.
Digər xəbərlər
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir