Paytaxtda daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib
26 Sentyabr, 2024
Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib.
Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski küçələri ilə kəsişməsində yerləşən parkın yeraltı dayanacığında avtomobillərin parklanması üçün müvafiq infrastruktur qurulub.
Ətrafında bir neçə tibb, təhsil, maliyyə və iaşə obyektlərinin olduğu yeraltı dayanacaq 376 avtomobil yerlikdir. Parklanma məntəqəsinin birinci mərtəbəsində 181, ikinci mərtəbəsində isə 195 yer mövcuddur.
İkimərtəbəli dayanacaq təhlükəsiz kameraları ilə təchiz edilib, giriş-çıxışlarda nömrətanıma sistemi tətbiq olunur.
Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.
Digər xəbərlər
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
22 Sentyabr, 2026
Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!