141

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfədən çox artıb

Bu ilin mart ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 71 773 bilet əldə edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Sevindirici haldır ki, artıq sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet almağa üstünlük verirlər.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 311 reys olmaqla 357 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfədən çox artıb

Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək

Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn müraciət əsasında https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.

Proses “AYNA” informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş SİMA və ASAN İmza ilə mümkün olacaq.

Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb. Videotəlimat:

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək

Sifarişli sərnişin daşınması üçün formulyarların istifadəsi ilə bağlı maarifləndirici tədbirlər keçirilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcıların sifarişli sərnişin daşınması üçün formulyarların istifadəsinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq üçün maarifləndirici tədbirlər keçirir. Birgə tədbirlərin keçirilməsində məqsəd bu sahədə dövlət tənzimlənməsini həyata keçirmək, sahibkarların qanuni maraqlarını qorumaq, şəffaflığı, qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək və yeni hazırlanmış elektron sistemdən istifadə vərdişlərini formalaşdırmaqdır.

Sifarişli sərnişin daşınması üçün formulyarların istifadəsi ilə bağlı maarifləndirici tədbirlər keçirilir

Avtomobil nəqliyyatı: son 20 ildə əldə edilən nailiyyətlər

2024-cü il avtomobil nəqliyyatı sahəsində qazanılan bir sıra uğurlar və nailiyyətlərlə yadda qaldı. Bu uğurların təməlində isə son 20 il ərzində dövlət başçısı tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların ardıcıl həyata keçirilməsi, avtomobil nəqliyyatı sahəsində aparılan əsaslı struktur islahatları, idarəetmənin təkmilləşdirilməsi, əməliyyatlarda rəqəmsal texnologiyalardan geniş istifadə, tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması və digər amillər dayanır.

Avtomobil nəqliyyatı: son 20 ildə əldə edilən nailiyyətlər

Missiyamız yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etməkdir

Gələcəyə baxışımız proqressiv, sektor üçün bilik və dəstək mərkəzi olan, yerli və beynəlxalq səviyyədə müasir yerüstü nəqliyyat xidmətlərini təmin edən tənzimləyici qurum olmaqdır.

İctimai nəqliyyat indi daha əlçatan

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişinlərin ehtiyaclarına daha uyğun bir xidmət təklif edir. Sərnişindaşıma üzrə yeni marşrutlar və avtobusların sayının artırılması sayəsində şəhərdaxili və şəhərlərarası səfərlər daha rahat olub. Elektron xidmətlərin tətbiqi isə sərnişinlərə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanmaq imkanı yaradır. Bu dəyişikliklər nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

Sərnişindaşıma xidməti

Sərnişinlərə yüksək nəqliyyat xidmətlərinin göstərilməsi, avtobus parkının yenilənməsi və əlçatanlığın artırılması əsas hədəfimizdir.

Yol hərəkətinin təşkili

AYNA yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edir.

Mobillik və əlçatanlıq

Şəhərin mobillik imkanlarının artırılması, hər kəs üçün bərabər mühitin yaradılması hədəfimizdir.

Parklanma xidməti

Məqsədimiz Bakı şəhərinin küçə və prospektlərində sürətli və rahat parklanma xidmətinin təşkili və şəhər mobilliyinin dayanıqlığına nail olmaqdlr.

Yükdaşıma xidməti

Daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi AYNA-nın əsas prioritetlərindəndir.

Taksi

Taksi xidməti göstərən minik avtomobilləri ilə sərnişindaşıma sahəsində keyfiyyətin artırılması, sərnişinlərə yüksək xidmətin göstərilməsi üçün çalışırıq.

E-xidmətlər

Hamısına bax
Hamısına bax
`

Statistik göstəricilər

432+mln

2024-cı ildə sərnişin daşınıb

50+

ölkə ilə yükdaşıma həyata keçirilir

100+

kilometr avtobus zolağı çəkilib

2+mln

kilometr skuter və velosiped ilə qət edilib

Xəbərlər

Hamısına bax

Tərəfdaşlarımız

AYNA yerüstü nəqliyyat sahəsində təcrübə və resurs mübadiləsi aparmaq üçün müxtəlif yerli və beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir. Bu əməkdaşlıqlar vasitəsilə nəqliyyat xidmətlərinin keyfiyyəti və effektivliyi artırılır. Həmçinin tərəfdaşlarımızla birgə layihələr təhlükəsizlik və texnoloji yenilikləri tətbiq etməyə imkan verir. Məqsədimiz genişmiqyaslı əməkdaşlığı gələcəkdə də davam etdirməkdir.

Görülən işlər və nailiyyətlər

2024-cü ildə avtobusla səyahət edənlərin sayı artıb

2024-cü il ərzində ümumilikdə 432,1 miyon sərnişin daşınıb. Ötən il avtobuslardan istifadə edənlərin sayında artım qeydə alınıb. 2023-cü illə müqayisədə 26 milyon çox sərnişin daşınıb. Nağdsız marşrutlar üzrə isə 333,3 milyon sərnişindaşıma qeydə alınıb.

2,1 milyon km məsafə velosiped və skuterlərlə qət olunub

2024-cü ilin son 4 ayında 2,1 milyon km yol velosiped və skuterlərlə qət olunub. 460000 nəfər bu vasitələrdən istifadə edərək mənzil başına çatıb. Velosiped və skuter sifarişi üçün 800 000 dəfə müraciət olunub. 103 000 nəfər proqram təminatında qeydiyyatdan keçib. 2024-cü ildə müxtəlif icarə xidmətlərindən hər gün orta hesabla 2800 skuter sifarişi edilib!

100 km-dən çox avtobus zolağı çəkilib

Mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtda zolaqlar şəbəkəsinin tətbiqinə başlanılıb. Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub. İndiyədək paytaxtın küçə və prospektlərində 100 km-dən çox avtobus zolağı çəkilib.

İstifadəçilər üçün

Elektrik doldurma məntəqələri

Xəritədə və ya siyahı formasında elektrik doldurma məntəqələri ilə tanış ola bilərsiniz

Avtovağzalların siyahısı

Xəritədə və ya siyahı formasında avtovağzallar ilə tanış ola bilərsiniz

Təklif və şikayətlər

Təkliflərlə tanış ola bilərsiniz

Avtobus marşrut xətləri

Avtobusların marşrut xətləri ilə tanış ola bilərsiniz

Bizimlə əlaqə

Hər hansı şikayət, təklif və ya sualınız olarsa bizə yaza, zəng edə və ünvanımıza yaxınlaşa bilərsiniz.

Telefon: 141

E-Poçt: 141@ayna.gov.az

Ünvan: Bakı ş., Hacı Məmmədov küçəsi, 5

Sualınız var? Bizə yazın